Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

İQTİSADİYYAT
16:51 15.01.2025
271
Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verib.
 
AZXEBER.COM xəbər verir ki, ötən il ərzində "Unibank”ın ümumi kredit portfelinin həcmi 107 milyon manat artıb. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-ə yaxınlaşıb. 

Ümumilikdə isə biznes kredit portfeli 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33 % artaraq, 437  milyon manata çatıb. Biznes portfelin tərkibində SME kreditlərinin payında kəskin artım qeydə alınıb. 2024-cü ilin sonuna SME portfelində 63% artım olub. Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. Ötən ilin nəticələrinə görə, mikrokreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.  

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdən biri olub: " İl ərzində əldə etdiyimiz maliyyə nəticələri qarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz Bankın yaşıl iqtisadiyyata,  dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə öz töhfəsini verməyə hər zaman hazır olduğunun göstəricisidir. Ötən il Unibankın tarixində yaşıl maliyyələşmə istiqamətində iki mühüm layihəmizlə yadda qaldı. Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Digər bir layihəmiz isə Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyini nəzərdə tutan əməkdaşlıq oldu.

 Bizim üçün çox əlamətdar bir hadisə də ötən il Unibank tərəfindən azad olunmuş ərazilərimizə ilk biznes kreditinin verilməsi oldu. Bu kreditləşmə Sahibkarlığın İnkişafı Fondunun "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində həyata keçirilib. Bankın uğurlu biznes layihələrindən olan Leobank layihəsi də 2024-cü ildə çoxsaylı yeniliklərə imza atıb. Bu yeniliklər sırasında Leobank-ın KOS-lar üçün rəqəmsal biznes həlləri, rəqəmsal əmanət məhsulları və xüsusi müştəri seqmenti üçün premium məhsul olan Leo Prime xüsusi yer tutur. Bu məhsullar bazara təqdim edilərək müştəri təcrübəsini yeni səviyyəyə qaldırdı. İndi isə böyük hədəflərlə dolu 2025-2026-cı illər strateji dövrünə qədəm qoyuruq. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir”.

2024-cü il bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 39 % artaraq,  12,3 milyard manata keçib. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 2023-cü ilin sonu ilə müqayisədə 44 % artaraq, 361,5 milyonu ötüb. 
2024-cü ilin sonuna "Unibank”ın depozit portfeli 1,2 milyard manatdan çox olub. Ayrıca müddətli depozitlərin həcmində 15 milyon manatlıq artım qeydə alınıb.   

Hesabat dövründə əsas maliyyə göstəricilərində yüksəlmə qeydə alınıb. Dövr ərzində Bankın məcmu gəlirləri 35 milyon manat artıb. Bununla da ötən  ilin sonuna faiz və qeyri-faiz gəlirlərinin cəmi 355 milyon manat təşkil edib. Unibank 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə başa vurub. Bankın əməliyyat mənfəəti isə 63 milyon manat  olub. 

Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital əvvəlki illə müqayisədə 10 %-dən çox artaraq, 177 milyon manata çatıb. 2024-cü il ərzində Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13,09  % təşkil edib. Hesabat dövrünün sonuna bankın aktivləri də 11% çoxalaraq, 1 milyard 759 milyon manat olub.

Unibank- Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR