Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR

Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
SOSİAL
15:52 02.05.2025
253
Unibank tərəfindən universitet tələbələri üçün "Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maarifləndirici seminarlar təşkil edilib. 
AZXEBER.COM xəbər verir ki, "Unibank”ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən ADA və UNEC tələbələri üçün keçirilən tədbirlərdə ümumilikdə 50-dən çox tələbə iştirak edib.
Seminarlarda dayanıqlı maliyyə ilə bağlı əsas anlayışlar, iqlim dəyişikliyi və ölkəmizin iqlim gündəliyi, qlobal və lokal kontekstdə dayanıqlı maliyyənin inkişaf perspektivləri, bank sektorunun bu sahədə rolu haqqında geniş məlumat verilib. Eyni zamanda dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişmələri ilə mübarizədə bankların müstəsna rolu, dayanıqlı maliyyənin banklar üçün gətirdiyi yeni reallıq və gələcək trendlər, ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinin bankçılıq fəaliyyətinə inteqrasiyası və bu istiqamətdə beynəlxalq trendlər müzakirə olunub. 
Seminarların sonunda tələbələrin sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.
Unibank üçün dayanıqlı maliyyə üzrə məlumatlılığın artırılması uzunmüddətli dövrdə bankın strateji dayanıqlılıq vizyonunun əsas istiqamətlərindən birini təşkil edir. Bu cür maarifləndirici təşəbbüslər, eyni zamanda, "Unibank”ın məsuliyyətli korporativ təşkilat olaraq ölkənin davamlı inkişaf hədəflərinə töhfəsidir.
Unibank-Sənin Bankın!

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək