Unibank Bakıda keçiriləcək paracüdo qran-prisinin tərəfdaşı olacaq

İQTİSADİYYAT
14:03 12.02.2020
5193
Unibank 11-12 may 2020-ci il tarixlərində Bakıda keçiriləсək para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir. Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Unibank arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AZXEBER.COM xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Unibank Paralimpiya Komitəsinin ən yaxın dəstəkçilərindəndir. "2018-ci ildən Unibank hər addımlarında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının  yanındadır. Bu səmimi dəstəyin nəticəsində, güllə atıcılığı komandamız son illərdə böyük uğurlara imza atıb. Hər anımızda "Unibank”ı yanımızda görmək çox xoşdur. Paralimpiya komandalarımızın 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün bu günədək qazandığı 7 lisenziyadan 2-si məhz "Unibank”ın dəstək verdiyi güllə atıcıları tərəfindən əldə edilib. Mayda keçiriləcək daha bir beynəlxalq yarışda "Unibank”ı yenə yanımızda görməyə çox şadıq”.

Unibank KB İdarə heyətinin sədri Faiq Hüseynov Paralimpiya ailəsi ilə günü-gündən artan əməkdaşlığı çox yüksək qiymətləndirib: "Bizim Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığımız tərəfdaşlıqdan daha da üstündür. Çox şadıq ki, "Unibank”la Komitə arasında bu gün dostluq, doğmalıq münasibətləri formalaşıb. Dəstək verdiyimiz Güllə atıcılığı üzrə milli paralimpiya komandamızın uğurları bizi sevindirir. İnanırıq ki, Tokio-2020-də paralimpiyaçılarımız böyük nailiyyətlərə imza atacaqlar. Para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020”  yarışında iştirak edəcək para cüdoçularımıza da böyük uğurlar arzulayırıq”.

Mayda Bakıda keçiriləcək  para cüdo üzrə "IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank- hər kəsin bankı!
 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:02 04.08.2020

“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini

17:47 04.08.2020

Gültəkin Hacıbəyli: "Xalqın güzəranı pisləşir, buna sevinmək lazımdır" - VİDEO

17:36 04.08.2020

Narkotikə görə oğurluq edən şəxs saxlanıldı - VİDEO

17:33 04.08.2020

Deputat: “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir”

17:23 04.08.2020

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

17:21 04.08.2020

Deputat TƏBİB-i tənqid etdi: "40 gündən çoxdur məktubuma cavab vermirlər"

17:19 04.08.2020

190 manatlıq ödənişlə bağlı - Rəsmi açıqlama

17:13 04.08.2020

Azərbaycanda 2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək

16:47 04.08.2020

Aparıcını oğlunun gözü qarşısında döyüb, zorlamaq istədilər - VİDEO

16:26 04.08.2020

Biləcəridə maska taxmayan 39 nəfər cərimələndi - VİDEO

16:24 04.08.2020

TƏBİB-dən koronavirus testləri ilə bağlı AÇIQLAMA

16:20 04.08.2020

"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb"

16:18 04.08.2020

İlham Əliyev Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzaladı

16:15 04.08.2020

Bu çimərliklər istifadəyə yararlıdır - SİYAHI

16:12 04.08.2020

Prezident: "Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir"

16:01 04.08.2020

Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı

X Mostbet