Unibank birinci rübün maliyyə nəticələrini açıqladı

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı
İQTİSADİYYAT
14:44 25.04.2022
322

"Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 3,7milyon manat təşkil edib. Rüb ərzində qazanılmış faiz gəlirləri 37milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 11milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri isə 44% artıb.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə "Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 75 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 102 milyon manat olub.

2022-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rüb 47% artıb. Rüb ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 64 milyon manat təşkil edib. Təkcə dövlət fondları hesabına maliyyələşən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1,2 milyon manat olub.

Ötən rüb ərzində "Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk rübdə 11 milyon manat artaraq, 31 mart 2022-ci il tarixinə 470 milyon manat təşkil edib.

Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank,bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk rübü ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin birinci rübünün sonunda təkcə Visa və Mastercard debet kartları 46% artaraq 770 mini keçib.

Ötən ilik ilk 3 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 3 ayında 3 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 3 ayında nağdsız dövriyyə 92,4 milyon manat olduğu halda bu ilin eyni dövründə 338,3 milyon manat təşkil edib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə "Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil əlavəsinin istifadəçi sayı 1,4 milyona çatıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin birinci rübündə mobil tətbiqvasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.

Unibank-Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı