Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi

İQTİSADİYYAT
16:30 20.10.2021
150
Unibank ölkədə onlayn məhsulların inkişafına dəstək məqsədi ilə daha bir kampaniya keçirir.
 
AZXEBER.COM xəbər verir ki, bankın biznes müştəriləri üçün nəzərdə tutulan kampaniya, sahibkarların bank filialına gəlmədən maliyyə vəsaitləri və xidmətlərindən daha sərfəli şərtlərlə istifadəsinə imkan yaradır. Biznes sahiblərinin həm vaxtına, həm də büdcəsinə qənaət etdirən əksər onlayn xidmətlər ilin sonunadək sahibkarlar üçün komissiyasız olacaq.

Kampaniyada iştirak edən biznes sahibləri bu üstünlüklərdən faydalana biləcəklər:

- Əmək haqqı layihəsinə qoşulan müştərilər əməkdaşları üçün limitsiz sayda kartı komissiyasız sifariş edə biləcəklər;

- İlk dəfə biznes kart sifariş edən yeni müştərilər kartları komissiyasız əldə edəcəklər;

- Qısamüddətli kreditləri onlayn rəsmiləşdirən bütün müştərilər üçün kredit komissiyasız olacaq.

Qeyd edək ki, Unibank son illərdə biznes sahiblərinə təqdim etdiyi onlayn məhsul və xidmətlərin siyahısını xeyli genişləndirib. Hazırda biznes sahibləri bir çox bank xidmətlərindən onlayn formada istifadə edə bilirlər. Son bir ilin müqayisəsi göstərir ki, Unibank tərəfindən biznes sahiblərinə göstərilən bir sıra xidmətlərdə onlayn xidmətin payı 90%-dək artıb. Yaxın aylarda daha bir neçə məhsul və xidmətin onlayn formada sahibkarların istifadəsinə verilməsi planlaşdırılır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:49 23.01.2022

"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

00:31 23.01.2022

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir

23:46 22.01.2022

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

23:35 22.01.2022

Azərbaycanda ana və azyaşlı övladları dəm qazından zəhərləndi - ölən var

23:25 22.01.2022

Azərbaycanlı musiqiçi intihar etdi

22:52 22.01.2022

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 73 minə çatır

22:39 22.01.2022

60 yaşlı qadın intim hislərinə qurban getdi

22:23 22.01.2022

Bərdədə 32 yaşlı kişi güllələndi

22:15 22.01.2022

Azərbaycan Ordusunun hərbçisi həlak oldu

21:45 22.01.2022

Parça və tibbi maska Omikrondan qorumur, faydasızdır - Həkim

21:36 22.01.2022

Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”

21:24 22.01.2022

“Vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma..." - Əlillikdən imtina ilə bağlı suallara cavab

20:59 22.01.2022

Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istədi

20:50 22.01.2022

Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO

20:39 22.01.2022

Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir? - AÇIQLAMA

20:11 22.01.2022

DİN-dən həyəcan təbili: narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...