Unibank daha beş vətəndaşımızın şəxsi biznes yaratmaq arzusunu gerçəkləşdirdi - FOTOLAR

İQTİSADİYYAT
15:51 16.09.2020
248
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir.
 
AZXEBER.COM xəbər verir ki, bu dəfə bank daha beş vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Gəncə sakinləri Maxruq Mustafayeva və Qabil Rzayev, Xaçmaz şəhərində yaşayan Nailə Hüseynova, Quba sakini Sakit Əmirbalayev və Bakı sakini Zaur Hacıyev özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet