Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib

İQTİSADİYYAT
11:17 03.12.2024
694

Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhbər tutan Unibank, ölkəmizin "təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək” milli prioritetinin dəstəklənməsi baxımından daha bir addım atıb.

AZXEBER.COM xəbər verir ki, nank tərəfindən Müşfiqabad ərazisində 500 ağac əkilib. Bank əməkdaşları 1 hektara yaxın ərazidə Eldar şamı və Zeytun tinglərinin əkinini həyata keçiriblər. Ağacəkmə aksiyasına "Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilati dəstək verilib.

Hər iki ağac növü hava keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə təsiri baxımından əhəmiyyətli qiymətləndirilir. Belə ki, bir zeytun fidanı ildə təxminən 1-5 kq və bir Eldar şamı fidanı isə 1-4 kq karbon udur.Yetkin mərhələdə bu sayda zeytun və şam ağacları ildə 6-8 ton və daha çox karbon udma potensialına malikdirlər.

Xatırladaq ki, yeni inkişaf strategiyasına uyğun olaraq, Unibank tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində yaşıl layihə maliyyələşdirilmələri aparılır. Bank tərəfindən artıq müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılışı həyata keçirilib. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və "yaşıl artım”ın təmin edilməsinə töhfə verilməsini hədəfləyir.

Unibank- Sənin Bankın!

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb