xari

Unibank müştəriləri üçün vacib məlumat!

İQTİSADİYYAT
16:15 21.01.2021
707
Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzində xidmət olunacaq. Bankın öz Prosessinq Mərkəzinə keçidlə əlaqədar olaraq, plastik kart əməliyyatlarında, bankın bütün teminallarının fəaliyyətində (ATM-lər, POS-terminallar, ödəmə terminalları) və uBank mobil tətbiqində qısamüddətli fasilə yarana bilər.
 
AZXEBER.COM xəbər verir ki, müştərilərin bank əməliyyatlarında ciddi çatışmazlıq yaranmaması üçün proses gecə saatlarında həyata keçiriləcək. Keçid prosesi yanvarın 23-dən 24-nə keçən gecə aparılacaq.

Beynəlxalq təcrübələr də göstərir ki, yeni texnologiyaların tətbiqi zamanı keçid prosesində müəyyən fasilələrin yaranması qaçılmazdır. Unibank keçid zamanı kart əməliyyatlarında yaranacaq məhdudiyyətlərə görə müştərilərdən üzr istəyir və bu vəziyyəti anlayışla qarşıladıqları üçün onlara minnətdarlığını bildirir. Prosesin ilk günlərində ayrı-ayrı şəxslərin kart əməliyyatında hansısa problem yarana biləcəyi halda, Bank müştəriləri narahat olmamağa çağırır, məsələnin ən qısa müddətdə həllini tapacağını bildirir.

Unibank kartı olanlar Bankın öz Prosessinq Mərkəzinə keçidindən sonra qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim edəcək. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan yaradacaq.

Unibank-hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA