Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə ilk güzəştli kredit verdi

Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə ilk güzəştli kredit verdi
İQTİSADİYYAT
17:46 07.09.2020
590
Unibank pandemiyadan zərər görmüş sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına ilk güzəştli kredit ayırıb.

AZXEBER.COM xəbər verir ki,elektrotexnika satışı ilə məşğul olan şirkət sahibi güzəştli şərtlərlə verilmiş kredit faizinin cəmi 7,5%-ni özü ödəyəcək. 

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına uyğun olaraq, dövlət dəstəyi iki istiqamət üzrə ediləcək. Birinci güzəşt, pandemiyadan zərər çəkmiş biznes sahiblərinin mövcud kredit faizlərinin subsidiyalaşmasını nəzərdə tutur.

Bu halda, mart ayından başlayaraq 1 il ərzində (2021-ci ilin martınadək)  kredit faiznin 10%-i həcmində subsidiya ödəniləcək. İkinci dəstək – pandemiyadan zərər çəkmiş biznes sahiblərinə güzəştli kreditlərin verilməsidir. Şərtlərə görə, güzəştli kredit 3 il müddətinə və 15%-dən yuxarı olmayaraq ayrılır. Bu halda kredit faizlərinin 50%-ni dövlət güzəşt edir.
 
Məsələn, bank sahibkara 15%-lə kredit verir və bu faizin yarısını- yəni 7,5%-ni dövlət ödəyir. 

Pandemiyadan zərər çəkmiş biznes sahibləri dövlət zəmanəti və faiz subsidiyası ilə güzəştli kredit almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Elektron kredit platforması” üzərindən (E-edf.gov.az)  müvəkkil bank qismində "Unibank”ı seçməklə, müraciət edə bilərlər.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  https://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank-Biznesinizə daimi dəstək!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı