Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
İQTİSADİYYAT
16:40 19.03.2026
788

Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi” (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib.

AZXEBER.COM xəbər verir ki, tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətini aşılamaq, pulun düzgün idarə olunması və qənaət vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına töhfə vermək olub.

Məktəblilər tədbir zamanı bankın İdarə Heyətinin sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirovla da görüşüblər. O, çıxışında "Qlobal Pul Həftəsi”nin əhəmiyyətini vurğulayaraq, maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının vacibliyini qeyd edib. Bank rəhbəri bildirib ki, bu cür tədbirlər gələcəkdə maliyyə baxımından savadlı, məsuliyyətli və uğurlu vətəndaşların formalaşmasına xidmət edir.

Tədbirin davamında iştirakçılar üçün maliyyə savadlılığı mövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı məktəblilərə pulla düzgün davranış qaydaları, gündəlik xərclərin idarə olunması, qənaət vərdişləri və maliyyə planlaşdırmasının əsasları izah edilib. Eyni zamanda uşaqlar mövzu ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirərək öyrəndiklərini praktik şəkildə tətbiq etmək imkanı qazanıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbir çərçivəsində məktəblilər bankın müxtəlif departamentləri və filialın fəaliyyəti ilə yaxından tanış olublar.

#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı

Unibank- Sənin Bankın!

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR