Unibank yeni nəsil smart kassaları istifadəyə verdi

İQTİSADİYYAT
14:59 24.07.2020
765
Unibank partnyoru olan biznes sahiblərinin ödəniş, uçot sitemi və digər funksiyalar üçün bir neçə cihazdan istifadəsinə artıq ehtiyac yoxdur.
 
AZXEBER.COM xəbər verir kli, bank kiçik və orta biznes sahibkarları, pərakəndə satış nöqtələri, kafe və restoranlar, xidmət sahələri və çatdırılma xidmətlərinin müştəriləri üçün smart kassa cihazlarını istifadəyə verib. "Unibank”ın yeni nəsil smart POS-terminalları özündə POS-terminal və kassa aparatını birləşdirməklə bərabər, ƏDV qaytarılması, uçot sistemi, taksitli ödəniş, cash back hesablanması, kamera, təmassız ödənişlərin qəbulu, tam sensor ekran və digər müasir yenilikləri cəmləşdirir. Yeni nəsil smart kassalar biznes sahiblərinin əlavə vaxt itkisinin də qarşısını almış olacaq. Yeni nəsil smart kassaları Android əməliyyat sistemi əsasında fəaliyyət göstərir və özündə aşağıdaki xüsusiyyətləri daşıyır:

· Müştəri Bank (İnternet bankçılıq) vasitəsilə məsafədən idarə olunma;

· Kart olmadan smartfonlar vasitəsilə təmassız ödənişlərin qəbulu;

· Ekranda müştərinin imza atma və imzanın çekdə əks olunması imkanı;

· Taksitlə (aylara bölünməklə ödəmə) ödənişlərin qəbulu;

· Cashback, millərin və uBank bonusların dərhal hesablanılması;

· BarCode və QR Code-ların skan olunması;

· Yaddaş kartının dəstəklənməsi;

· Ekranda video rolikin əks olunması;

· Bluetooth dəstəklənmə;

· Foto və video kamera;

· Printer funksiyası;

· POS terminal, Kassa aparatı, Anbar uçot sistemi funksiyaları;

· Wifi və GPRS kanalları ilə şəbəkəyə qoşulma imkanları;

· Rəngli və touchscreen ekran;

· Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanı.

Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar "Unibank”a müraciət edə bilər.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:24 13.08.2020

İlham Əliyev: "Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur"

20:59 13.08.2020

“Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur” - Prezident

20:46 13.08.2020

Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

X Mostbet