‘Unibank’da dollar biabırçılığı - FOTOLAR

İQTİSADİYYAT
14:32 23.02.2015
26307

“Dolların satışı hələ də köhnə məzənnə ilə qalır”.

Bu barədə “Unibank”ın mərkəzi ofisindən məlumat veriblər.

Məlumatda manatın dollara nisbətdə bahalaşmadığı bildirilib. Ofisdən bankın rəsmi saytında bu gün yayılan məlumatların hələ də yenilənmədiyi və buna görə də informasiyaların valyuta hesablama sayğaclarında köhnə qayda ilə göstərildiyi deyilib. Bank həmçinin dolların bugünkü satışının da 1,05 AZN olduğu qeyd edib.

Xatırladaq ki, bankın rəsmi saytında şənbə günü dolların satışı əvvəlcə 1,07 AZN, axşama yaxın isə 1,0555 AZN olaraq göstərilmişdi.

Dünən də eyni nominalı qoruyan bank yalnız bu gün öz rəsmi saytında dolların qiymətinin ucuzlaşdığını əks etdirib (skrin-şotlar təqdim edilir).

***

"UNİBANK"dan verilən rəsmi açıqlamaya görə, bankın rəsmi saytında yaranan problem səbəbindən dollar və avronun kursu yanlış olaraq göstərilir:

"Hazırda texniki problemi aradan qaldırmağa çalışırıq. Müştərilərimizə isə bildirmək istəyirik ki, manatın kursunda heç bir dəyişiklik baş verməyib. Müvəqqətiolaraq saytımızda baş verən yanlışlığa görə müştərilərimizdən üzr istəyirik". (axar.az)

OXŞAR XƏBƏRLƏR