“Albalıkart” sahibləri üçün nağdlaşdırma xidməti tamamilə ləğv edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə bankın rəsmi internet səhifəsində məlumat verilib.
Belə ki, əlində olan “Albalılkart”dan nağdlaşdırma əməliyyatını yerinə yetirə bilməməsi ilə bağlı onlayn konsultasiyaya müraciət edən müştəriyə bu xidmətin dayandırıldığı, ancaq nağdsız əməliyyatların davam etdirildiyi bildirilib.
Xatırladaq ki, ötən gün mətbuatda bankın “Albalıkart”da nağlaşdırma əməliyyatlarına 100 manat limit qoyması ilə bağlı məlumat dərc edilmişdir. Ekspertlər bankın bu addımını ölkədə manat qıtlığının olması ilə əlaqələndirmişdilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövcud vəziyyəti istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirib:
“Təəssüflər olsun ki, Azərbaycanda reklam qanunvericiliyi yoxdur və bu qanunvericiliyin olmaması birbaşa vətəndaşlarımızın hüquqlarının özəl şirkətlər tərəfindən pozulmasına səbəb olur. Bu prosesdə də istehlakçı hüquqları tamamilə pozulur. Çünki bank “albalıkart” reklamlarında nağlaşdırma əməliyyatlarının olacağını öncədən insanlara çatdırıb. Bu reklamın nəticəsində insanlar bu xidmətdən istifadə etmək üçün bankdan sözügedən kartları alıblar. İndi isə, bank heç bir səbəb göstərmədən istədiyini edir və bu xidməti saxlayır. Bu qanun pozuntusudur”.
![](/file/pic/xeber/2015-04-22/35372.jpg)
![](/file/pic/xeber/2015-04-22/35375.jpg)
![](/file/pic/xeber/2015-04-22/35378.jpg)
![](/file/pic/xeber/2015-04-22/35381.jpg)