Unibankdan sahibkarlar üçün yeni kredit xidməti

İQTİSADİYYAT
11:21 23.09.2021
488

Hər yeni məhsul və prosesdə biznes sahibinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmağı hədəfləyən Unibank, bu dəfə mikro və kiçik sahibkarlar üçün yenilik edib.

Bank bazarında hələ ki bir ilk olan bu xidmət, həm sahibkarların zamanına xeyli qənaətə, həm də biznes sahəsindən ayrılmadan, çox rahatlıqla kredit əldə etməyə imkan yaradır.

Bank əməkdaşı birbaşa sahibkarın ünvanına gedir, biznes məlumatlarını yerindəcə planşet vasitəsilə sistemə daxil edir, sistem avtomatlaşdırılmış şəkildə dərhal kredit qərarını verir. Yəni sahibkar elə həmin an kredit qərarından xəbərdar olur.

"Unibank” KB-nın Mikromaliyyələşdirmə biznesi üzrə baş inzibatçısı Rauf Ağayev, bu xidmətin biznesin işini daha da asanlaşdıracağını bildirib:

"Mikro və kiçik sahibkarlar biznesləri ilə bağlı bütün addımlarda birbaşa özləri iştirak etdiklərindən hər dəqiqə onlar üçün dəyərlidir. Sahibkarlar zamanlarını filialala gəlməklə, növbələrdə vaxt itirməyə sərf etməsinlər deyə, onlar üçün bu yeni xidməti hazırladıq. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə oturur, sistem məlumatları təhlil edərək dərhal sahibkara ayrılan kredit məbləğini müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır. Kredit vəsaiti sahibkara kartla verildiyindən, növbəti dəfə kredit müraciəti zamanı da biznes sahibinin banka gəlməsinə ehtiyac qalmır. Sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır”.  

"Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi  bankın "Sumqayıt”, "Xırdalan”, "Əcəmi”, "İnşaatçılar”, "Əhmədli”, "Bakıxanov”, "Mərdəkan”, "Nərimanov”, "Neftçilər”, "Quba”, "Xaçmaz”, "Şəki”, "İsmayıllı”, "Bərdə”, "Şəmkir”, "Gəncə”, "Kəpəz”, "Tovuz”, "Mingəçevir”, "Salyan” və "Lənkəran” filiallarına müraciət edə bilərlər.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.

Unibank - Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:56 26.10.2021

Ərdoğan Füzulidə: Açıq havada maska taxmayın - VİDEO

13:41 26.10.2021

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edildi

13:38 26.10.2021

Türkiyə Müdafiə Nazirliyi: “PKK-nı tamamilə yox edənədək mübarizəmiz davam edəcək”

13:26 26.10.2021

Bu ölkədə 9 uşaq koronavirusdan ölüb

13:11 26.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanında - CANLI YAYIM

13:06 26.10.2021

SOCAR prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşdü - FOTO

13:03 26.10.2021

COVID-19 peyvəndi sonsuzluğa səbəb olur? - Hər kəsi düşündürən suala cavab

12:57 26.10.2021

Serdar Ortaçın konsertində dava düşdü - ANBAAN VİDEO

12:50 26.10.2021

Bakıda ana canlı yayıma çıxıb, 2 gözü görməyən övladından imtina etdi - VİDEO

12:29 26.10.2021

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi