"Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb.
Unibank KB-nin İdarə Heyətinin sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb. Bankın səhmdarları rəhbərliyi dövründə Bankın inkişafına verdiyi töhfələrə görə, Fərid Abuşova öz minnətdarlığını bildirir və gələcək fəaliyyətində uğurlar arzulayır.