Unibankın kapitallaşma proqramı başa çatıb

Unibankın kapitallaşma proqramı başa çatıb
İQTİSADİYYAT
12:28 26.12.2023
777

Unibankın ötən il Bankın səhmlərinin geri alınması ilə başlayan və mərhələli şəkildə həyata keçirilən kapitallaşma prosesi, bu ilin sonlarında uğurla başa çatıb.

AZXEBER.COM xəbər verir ki, bankın geri alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bank səhmdarlarının növbədənkənar Ümumi Yığıncağınınqərarına müvafiq olaraq, qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2,72 manat olan, 4112487 ədəd sənədsiz adi adlı səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər aparılıb.

Xatırladaq ki, Bank kapitallaşmanı nəzərdə tutan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək,Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.

Kapitallaşma prosesinin başa çatması nəticəsində bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 19 milyon manata yaxın artıb, ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.

Qeyd edək ki, kapitalın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Bu proses bankın davamlı inkişafına da öz təsirini göstərib. 2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528 milyon manata çatıb.

Unibank 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb. Bankın cəmi gəlirlərötəni ilin uyğun dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb. Hesabat dövründə Bankın əməliyyat mənfəəti də ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb.Unibank bu ilin ilk 9 ayını 22 milyon manatxalis mənfəətlə başa vurub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib