Unicapital ən innovativ investisiya şirkəti seçildi

Unicapital ən innovativ investisiya şirkəti seçildi
İQTİSADİYYAT
16:43 02.02.2022
406

"Unicapital” İnvestisiya Şirkəti uğurlu fəaliyyətinə görə nüfuzlu mükafatlar alıb. Böyük Britaniyanın premium biznes və maliyyə dərgisi olan "International Finance”ın araşdırmasına əsasən, İnvestisiya Şirkəti 2021-ci ildəki nailiyyətlərinə görə, iki nominasiya üzrə qalib seçilib.

 

AZXEBER.COM xəbər verir ki, maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn xidmətlərin inkişafına töhfə verən təşkilatları mükafatlandıran "International Finance Awards” "Unicapital”ı "Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti – 2021” və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatlarına layiq görüb.

 

 Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:

 

- Şirkətin bazardakı payı;

 

- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi;

 

- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;

 

- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi; - Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.

 

"Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatı "Unicapital”ın "UForex” xidmətinin üstünlüklərinə görə verilib. "UForex” ötən il ərzində 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və "Smart Stop out” funksiyasını tətbiq edib.

 

Xidmət rebrendinq prosesini tamamlayaraq, bütün yeniliklərin əks olunduğu "www.uforex.az” saytını təqdim edib. Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti yaxın vaxtlarda dünyanın bir çox maliyyə bazarlarına çıxışı təmin edən multialət platformasını təqdim edəcək. Bununla da "Unicapital”ın davam etdirdiyi strategiya müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşma ilə investisiya sahəsini hər kəs üçün daha da əlçatan etmək imkanlarını artıracaq.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir