UNICEF Cibaliyyə qaçqın düşərgəsinə edilən hücumda çoxlu uşağın öldüyünü açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin Cibaliyə qaçqın düşərgəsinə təşkil etdiyi hücumlarda xeyli uşağın həyatını itirdiyini açıqlayıb.
UNİCEF-dən verilən açıqlamada 25 gün ərzində 400-dən çox uşağın öldüyü bildirilib: "Dünən və bu gün Qəzza zolağında Cibaliyyə düşərgəsinə edilən hücumlardan sonra ortaya çıxan səhnələr dəhşətlidir. Uşaqlara hücumların vurduğu ziyanla bağlı hələlik hesablamalarımız olmasa da, deyə bilərik ki, insanların evləri dağıdılıb, yüzlərlə insan yaralanıb və həyatını itirib. Ölənlər arasında çoxlu sayda uşaqların da olduğu bildirilir. Bu iki hücum 3500-dən çox uşağın ölümünə və 6800-dən çoxunun yaralanmasına səbəb olan 25 günlük bombardmanlardan sonra baş verdi. Bu o deməkdir ki, 25 gün ərzində hər gün 400-dən çox uşaq ölür və ya yaralanır".
Günel