UNICEF: Qəzzada uşaqlar 8 aydır kabus yaşayırlar

UNICEF: Qəzzada uşaqlar 8 aydır kabus yaşayırlar
DÜNYA
10:55 07.06.2024
124
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin 8 aydır davam edən hücumları səbəbiylə Qəzzada uşaqların kabuslar yaşadığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veir ki, UNICEF-in Yaxın Şərq və Şimali Afrika Regional Direktoru Adele Khodr X hesabında verdiyi açıqlamada Qəzzada uşaqların vəziyyətini dəyərləndirib.

Nusayrat hücumunda ən az 35 nəfərin öldüyünü, çoxlu sayda insanın isə yaralandığını qeyd edən Khodr, "Bütün bunlar yalnız son 10 gündə baş verdi. Əslində, Qəzzada davam edən hücumlar səbəbilə uşaqlar kabus yaşayırlar. 8 aydır və böyük dağıntılar, ağrılar və iztirablar buraxdı" " qiymətləndirməsini edib.

Son hücumun Qəzzada təhlükəsiz yer olmadığını bir daha xatırlatdığını qeyd edən Khodr, İsrailin hücumlarının dayandırılması üçün təcili tədbirlər görülməsə dünyanın gözü qarşısında uşaq ölümlərinin davam edəcəyini bildirib.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındıqları UNRWA məktəbinə hücumu nəticəsində 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR