ABŞ-də fəaliyyət göstərən hava proqnozu şirkəti "WindBorne Systems" ötən həftə Denver–Los-Anceles reysi ilə uçan "United Airlines" təyyarəsinin ön şüşəsini sındıran sirli zərbənin səbəbini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkətin məlumatına görə, hadisəyə onların hava müşahidə balonlarından biri səbəb olub.
Hazırda hadisə ilə bağlı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) araşdırma aparır.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin təyyarə təyinat məntəqəsinə fövqəladə enişlə çatdırılıb.
Gülay