Misirdə baş verən gərginlik Qahirə universitetinə də sıçrayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, universitetdə prezident Məhəmməd Mursi tərəfdarları ilə təhlükəsizlik xidməti arasında gərginlik yaşanıb. Yayılan məlumatlara görə, toqquşmalar nəticəsində 16 adam ölüb, 200-dən çox insan yaralanıb. Dövlət televizyasının yayımladığı görüntülərdə toqquşma zamanı silah səslərinin eşidildiyi də qeyd edilib. Səhiyyə Nazirliyinin nümayəndəsi ölü sayının artacağından narahat olduğunu bildirib. Qeyd edək ki, başda Təhrir meydanı olmaqla, ölkənin bir sıra ərazilərində gərginlik gecə saatlarına qədər davam edib. Mursi onun siyasətinə etiraz edənlərə müraciət edərək geri addım atmayacağını bəyan edib.