Universitetə qəbul etdirəcəyinə vəd verib, 7500 manat aldı - Bakıda dələduzluq

Universitetə qəbul etdirəcəyinə vəd verib, 7500 manat aldı - Bakıda dələduzluq
SOSİAL
19:16 05.11.2017
2881
Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.
 
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Sabirik Harzaqahi Əli Məhəmmədhüseyn oğlu Nəsimi rayon 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi olan tanışı Fərhad Fərhadyan onu Bakıda fəaliyyət göstərən Tibb Universitetinə qəbul etdirəcəyinə vəd verib.
 
Bu məqsədlə 22 yaşlı Sabirik Harzaqahi Fərhadyana 7500 manat pul verib. Lakin o, daha sonra aldadıldığını görərək polisə müraciət edib.
 
Müraciət əsasında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR