Cinayəti törədənlər bəlli deyilABŞ-ın Uoyominq ştatında universitetə silahlı basqın nəticəsində 3 nəfər həlak olub.Basqının kim tərəfindən, niyə, necə təşkil olunduğu hələ ki bilinmir. Kasper Universitetinin sözçüsü Riç Fujita hücumdan az sonra təhlükəsizlik qüvvələrinin onları nəzarət altına aldığını söyləyib.Denveri şimal-qərbində yerləşən Kasper 56 min nəfərlik əhalisi ilə əyalətin ikinci böyük şəhəridir.