Universitetlərə qəbul başlayır – Nələrə diqqət edilməlidir? - VİDEO

Universitetlərə qəbul başlayır – Nələrə diqqət edilməlidir? - VİDEO
SOSİAL
23:50 16.02.2026
713
Universitetlərə qəbul imtahanı üçün qeydiyyat başlayır...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu fevralın 18-də başlayacaq.

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün isə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may - iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel - may aylarında aparılacaq.

OXŞAR XƏBƏRLƏR