Times Higher Education World Reputation Rankings 100 ən güclü universitetlərin siyahısını açıqlayıb
Times Higher Education World Reputation Rankings yenidən dünya ali təhsil müəssisələrinin şöhrətli reytinqlini açıqlayıb. 2013-cü ildə bu işi 144 ölkədən 16 min 639 alim yerinə yetirir. Universitetlərin 2013-ci ildəki lideri ABŞ-ın Harvard ali məktəbi olub. O, bu yerə 100 balla yüksəlib. İkinci yerdə Massaçusets Texnoloji İnstitutu (87,6 bal), 3-cü yerdə Kembric (81,3 bal), 4-cü yerdə Oksford (73 bal), 5-ci Berklidəki Kaliforniya universiteti (72,4 bal), 5-ci yerdə Standford Universiteti (70,6 bal) qərarlaşıb. "Times Higher Education"nın nümayəndəsi Fil Beyti bildirib ki, artıq Asiya Universitetləri Amerika və Böyük Britaniya ali təhsil ocaqlarını üstələyirlər. Bu il dünyanın ən yaxşı ali məktəbləri sırasına Yaponiyanın 5, Honkonqun 3, Cənubi Koreya, Sinqapur və Çinin 2 universiteti daxil olub. Qeyd edək ki, siyahıya Rusiyanın Moskva Dövlət Universiteti də daxil olub. MDU 6,5 balla 50-ci yerdə qərarlaşıb. Türkiyənin Orta Doğu Texniki Universiteti isə siyahının 51-cisi olub.