ADA Azərbaycanı II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində təmsil edəcək.
ADA-ya qələbə qazandıran Günay Bədəlova olub. Günay müsabiqə və bundan sonrakı planları haqda AZXEBER.COM-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:- Günay, ilk olaraq sizi təbrik edirik. Zəhmət olmasa, özünüz haqda oxucularımıza məlumat verərdiz...- Çox sağ olun, minnətdaram təbrikinizə görə. Mən 1994-cü ildə Bakı şəhərində anadan olmuşam, 2012-ci ildə Səbail rayonu 7 saylı məktəbi bitirib 657 balla ADA Universitetinin Beynəlxalq Münasibətlət fakültəsinə daxil olmuşam. Hazırda ADA-da 2-ci kursda təhsil alıram.
- Musiqiyə maraq sizdə necə yaranıb? Ailənizdə musiqiçi varmı?- Musiqiyə marağım uşaqlıqdan yaranıb, həmişə müxtəlif mahnılara qulaq asıb evdə ifa etməyə çalışardım. Ailəmdə isə musiqiçi yoxdur.
- "Univision"da iştirak qərarını necə verdiz?- Universitetimizə bu müsabiqə ilə bağlı elan gələn kimi dərhal ailəm ilə məsləhətləşib, onların dəstəyi ilə qatıldım.- Yarışmanın qalibi olacağınıza inanırdınızmı?- Əslində özümü iddialı iştirakçı hesab edirdim və səsimə güvənirdim, lakin nəticə elan olunduqda qalib olduğuma inana bilmirdim
- Bu il Azərbaycan beynəlxalq yarışmada təmsil edəcəksiz. Özünüzü bu yarışmaya hazır hesab edirsinizmi?
- Səmimi deyim ki, hələ ki xeyir, çünki çox yorulmuşam. Amma inanıram ki, məşqlərə başladıqda yenə də əvvəlki enerjim ilə çalışmağa davam edəcəm və ölkəmizi uğurla təmsil edəcəm.- Günay, son olaraq oxucularımıza nə demək istərdiz...- Mənə bu günə qədər dəstək olan, kömək edən hamıya öz dərin minnətdarlığımı bildirirəm! İnşallah, Azərbaycanı Beynəlxalq Univiziya Mahnı Müsabiqəsində də layiqincə təmsil edəcəm!AZXEBER.COM









