Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin 7 oktyabr 2023-cü ildən bəri soyqırım törətdiyi Qəzza zolağına qeyd-şərtsiz humanitar yardımın verilməsinə çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, UNRWA-nın verdiyi yazılı açıqlamada, İordaniyanın paytaxtı Əmmanda bir ay ərzində ən azı 200 min insana un, ərzaq, təmizlik ləvazimatları, ədyal və dərmanlar daxil olmaqla kifayət qədər humanitar yardımın olduğu bildirilib.
Açıqlamada "anbarın Qəzzaya avtomobillə 3 saatlıq məsafədə olduğu" vurğulanıb və "Yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir" ifadəsi əlavə edilib.
İsrailin blokadası səbəbindən humanitar yardımın çatdırıla bilmədiyi bölgəyə edilən çağırışda bu ifadələr yer alıb: "Qəzzanın köməyə çox ehtiyacı var. Humanitar yardımların maneəsiz və fasiləsiz daxil olmasına icazə verilməlidir".
Qeyd edək ki, martın 2-dən etibarən İsrail Qəzzaya yardım axınını məhdudlaşdırır və bu, təxminən 2,4 milyon insanı aclığa məcbur edir.
Gülay