Urmiya gölünün qırmızı rəngin müxtəlif çalarlarına boyandığı müşahidə olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Qərbi Azərbaycan əyalətinin Ətraf Mühiti Qoruma İdarəsinin baş direktoru Urmiya gölünün bəzi hissələrində suyun rənginin dəyişməsinə münasibət bildirib.
O deyib ki, bu hal göldə duzluluğun artması və ətraf mühit şəraitinin dəyişməsi ilə bağlı ola bilər.











































