Uroloji Mərkəzdə riskli böyrəkköçürmə əməliyyatı olub

SAĞLAMLIQ
18:46 04.12.2017
1451

 Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramı əsasında daha bir hemodializ xəstəsi əməliyyat olunub.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə xəstəyə böyrək transplantasiyasını icra edən tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi 15 ildir hemodializdə olan Q.Ağamətin əməliyyatının digər əməliyyatlara nəzərən çətin və daha məsuliyyətli olduğunu bildirib.

Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək damar çatmamazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə keyfiyyətsiz olub. Texniki çətinliyə baxmayaraq xəstəyə bacısından alınan böyrək müvəffəqiyyətlə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. Bundan sonra da həyatına normal, sağlam fərd kimi davam edəcək.

Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramı əsasında bu günə kimi ölkədə 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilib.

OXŞAR XƏBƏRLƏR