Ursula fon der Lyayen: Aİ və Çin ikitərəfli münasibətlərdə balansı bərpa etməlidir

Ursula fon der Lyayen: Aİ və Çin ikitərəfli münasibətlərdə balansı bərpa etməlidir
DÜNYA
13:19 24.07.2025
252
Bu gün dünyanın üç ən böyük iqtisadiyyatından ikisi Avropa İttifaqı (Aİ) və Çin iqtisadiyyatıdır, buna görə də bu ölkələr arasındakı münasibətlər ən vacib və önəmli münasibətlərindən biridir.

Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə bildirib.

O qeyd edib ki, ümumi ticarət həcminə görə Aİ Çinin ən böyük, Çin isə Aİ-nin üçüncü ticarət tərəfdaşıdır.

"Bizim ikitərəfli ticarətimiz gündəlik 2 milyard avronu ötür. Avropa onilliklər ərzində Çinin iqtisadi inkişafını dəstəkləyib və bunu etməyə davam edir. Lakin əməkdaşlığımız dərinləşdikcə, balans daha da pozulub. İkitərəfli münasibətlərimizdə balansın bərpası zəruridir", - Aİ Komissiyasının rəhbəri bildirib.

Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta isə bildirib ki, son 50 ildə Avropa və Çin əsas ticarət tərəfdaşlarına çevrilib: "Avropa İttifaqı ikitərəfli tərəfdaşlığımızı dərinləşdirməyə sadiqdir".

Onun sözlərinə görə, ticarət və iqtisadiyyatla bağlı məsələlərdə irəliləyiş lazımdır. Siyasi və iqtisadi sistemlərin ciddi şəkildə fərqlənməsinə və müəyyən məsələlərdə fərqli baxışlara baxmayaraq, tərəflər beynəlxalq nizama hörmətə əsaslanan konstruktiv və sabit münasibətlər qurmaqda maraqlıdırlar.

"Biz iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması, səhiyyə və pandemiyalara hazırlıq, ərzaq təhlükəsizliyi, fəlakət riskinin azaldılması, borc yükünün yüngülləşdirilməsi və humanitar yardım sahəsində qlobal problemlərin həlli və daha ambisiyalı tədbirlərin görülməsi üçün Çinlə əməkdaşlığı davam etdirmək istəyirik", - A.Koşta deyib və Çini Ukraynada müharibənin dayandırılması üçün Rusiyaya təsir göstərməyə çağırıb.
 
///report
OXŞAR XƏBƏRLƏR