"Uşağı o hala gətirən şəxslər də ağır cəzaya düçar olmalıdır"

"Uşağı o hala gətirən şəxslər də ağır cəzaya düçar olmalıdır"
SOSİAL
14:31 07.08.2025
210
"Bu pedofilizmdir və başqa bir adı yoxdur. Müəyyən yaş dönəminə məxsus insanların, xüsusilə azyaşlı uşaqlara qarşı meylli olan psixoloji ciddi pozuntu və xəstəlikdir. Bunlar cəmiyyət üçün çox təhlükəli, iyrənc, ürək bulantısı doğuracaq görüntüləri sərgiləyən insan tipləridir".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova Sabirabadda 64 yaşlı kişinin 4 yaşlı qız uşağına etdiyi seksual xarakterli hərəkətləri psixoloji aspektdən dəyərləndirərkən deyib.
 
Psixoloq baş verən hadisədə 4 yaşlı uşağı günahkar bilənlərə də münasibət bildirib və uşağın günahlandırılacaq yaşda olmadığını deyib:
 
"4 yaşlı qızcığazın hərəkətləri və rəftarına görə günahlandırılması haqda onu deyə bilərəm ki, övladı nəyə sürüklüyürsənsə və nəyə öyrəşdirirsənsə, o formada da gedir. Biz bu gün uşağı günahlandırırıqsa, uşaq günahlandırılacaq nə şüurun, nə təfəkkürün formalaşdığı bir dönəmdədir. Uşağın düşüncəsində, rəftarında, hərəkətlərində qeyri-adi etik olmayan hərəkətləri normal hərəkət kimi sərgiləyən də bizlərik. Ona görə də günah bizim özümüzdədir. Çünki uşağın belə formalaşmasında anasının, valideynləri uşağa həmin yaşlara uyğun olmayan filmlərin izlənməsinə şəraitmi yaradılıb, sosial şəbəkə üzərindən bəlkə çox müşahidə olunub, dəqiq deyə bilməsəm də, artıq uşaqda buna qarşı bir maraq oyanıb. Bu da bu bir günün göstəricisi deyil.

Çünki insan təxəyyülündə onun xəyalını qurmağa başlayır. Sonra onun gerçəkləşməsi üçün də plan qurur. O planların həyata keçməsi üçün, reallaşdırması üçün addımlar atmağa başlayır və artıq onları reallaşdırandan sonra davamlı şəkildə etməyə başlayır. Çünki artıq maraq və istəklər oyanır. Bu da yəqin ki, boşluğun nəticəsində olub".

Psixoloq bunda valideyn və yetkin insanların günahı olduğunu deyib:
 
"Baş verən hadisə buna zəmin yaradan, uşağı bu mühitə uyğunlaşdıran, təbii ki, valideyn və yetkin insanların günahıdır. Uşağın valideyni birbaşa məsuliyyət daşımalıdır. Bu hadisəyə qədər nəyin baş verdiyini bilmirdik, amma görünür ki, çox şeylər baş verib. Bu ilk deyil. Həmin şəxslər də ağır cəzaya düçar olmalıdır".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR