Yanlış sünnət edilən uşaq problemlərlə qarşılaşıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada yanlış sünnət edilən 5 yaşlı uşağın həyatı qaranlığa çevrilib. Yaşadığı travmaya görə 21 gündür su içmək istəməyən uşaq 2 kiloya yaxın arıqlayıb.
Belə ki, uşağın anası Pelin Torun 5 yaşlı uşağını özəl xəstəxanada sünnət etdirmək istəyib. O, övladını iyunun 24-də sünnət üçün müayinəyə aparıb. Onu özəl tibb mərkəzində müayinə edən həkim uşağın heç bir problemi olmadığını və əməliyyatın 10 dəqiqə çəkəcəyini bildirib və iyulun 4-nə əməliyyatı təyin edib. Əməliyyat başlayandan uşağın ağlayaraq "hiss edirəm, ağrıyır”, deyə qışqırmasına məhəl qoymayan həkim uşağın bunu yalandan etdiyini bildirib.
Ana uşağın hazırkı vəziyyətini belə izah edib:
"Uşağım hazırda su içməyə, tualetə getməyə qorxur. Tualetə gedəndə ağlamağa başlayır. Çünki heç bir şəkildə sidiyə gedə bilmir. Uşağım artıq qanla sidiyə gedir. Onu məktəbə necə göndərəcəyimi bilmirəm. Başqa bir həkimə getmişəm. Həkimlər dəri tamamilə soyulduğu bildirir. Ona görə də heç nə edə bilmədilər. Yenidən eyni həkimə getməyimi təklif etdilər, amma o həkim bizimlə maraqlanmır”.
Ayşən