"USAİD-in bağlanması ilə “Turan”ın da özünü buraxması bir etirafdır" - Baş redaktor

SİYASƏT
23:29 13.02.2025
132
"Turan” informasiya agentliyi bağlandığını rəsmən elan etdi. Səbəb kimi maliyyə çətinliyi göstərilir. Doğrudur, amma həqiqəti tam açıqlamırlar".

Bu barədə Demokrat.az saytının baş redaktoru Vasif Həsənli öz Facebook hesabında paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, tanınmış jurnalist yazıb:

 "Tam həqiqət belədir ki, ABŞ-da Tramp Administrasiyasının USAİD-i bağlaması bu təşkilatın dünyanın müxtəlif ölkələrində maliyyələşdirdiyi təşkilatları, o cümlədən, "Turan”ı da çətin vəziyyətə salıb. Artıq maliyyə mənbəyi olmayan agentlik fəaliyyət göstərə bilmir".

"Bu, "Turan”ın gerçək fəaliyyətini də ortaya çıxardı. Agentlik daim "müstəqil” olduğunu əlində bayraq edir, heç bir asılılığının olmadığını irəli sürürdü. Hərçənd ki, agentliyin USAİD-dən maliyyələşdiyi, SOROS şəbəkəsinə bağlı olduğu sirr deyildi, sadəcə bunu etiraf etmirlər, bu haqda deyilənlərə qarşı çıxırdılar. USAİD-in bağlanması ilə "Turan”ın da özünü buraxması bu faktın etirafıdır"!- deyə, Baş redaktorun fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR