Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu

Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
SOSİAL
10:42 03.09.2026
76
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib.

AZXEBER.COM Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat hadisədən təxminən 7 saat sonra Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında icra edilib. 

Travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.

Beş həkim tərəfindən təxminən 8 saat davam edən əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb və 2 gündən sonra palataya köçürülüb.

Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. 
OXŞAR XƏBƏRLƏR