Uşaqları gündəlik həyatda düzgün məişət davranışına öyrətmək hələ erkən yaşından vacibdir.
Mütəxəssislər bu yolda valideynlərin, xüsusilə də ataların üzərinə düşən məsuliyyətlərin daha çox olduğunu vurğulayır. Bəs ataların uşaqların fotmalaşmasındakı əsəs rolu nədən ibarətdir?
Ata qayğısının uşağa hansı faydarının olduğunu bilirsinizmi?
AZXEBER.COM xəbər verir ki, xüsusilə ata sevgisi görən qız uşaqları daha yaxşı qərarlar verə bilir, yanlış insanları həyatlarına buraxmırlar.
Atanın diqqəti uşaqların sosial bacarıqlarını inkişaf etdirir və ünsiyyət
gücünü artırır.
Ataları ilə çox söhbət edən uşaqların söz ehtiyatı artır.
Atanın uşağa qarşı xoş münasibəti xüsusilə uşağın riyazi intellektinin inkişafına kömək edir.
Ataları tərəfindən qucaqlanıb öpülən uşaqların zəka səviyyəsinin daha yüksək olduğu müşahidə olunur.
Atası ilə zaman keçirən uşaqlar digər uşaqlarla müqayisədə daha özgüvənli olur.
Aysel