Uşağını əmizdirən qadını əri öldürdü

DÜNYA
15:10 17.07.2013
1663

Daha sonra silahla birlikdə hadisə yerindən qaçıb

Körpəsinə süd verən qadın əri tərəfindən öldürülüb. Tükürpədici hadisə türkiyənin Uşak şəhərində baş verib. ANS PRESS-in Türkiyə mətbuatına isitnadla verdiyi məlumata görə, Adəm və Xədicə Polat cütlüyü 8 il öncə ailə həyatı qurub. Lakin maddi çətinlikərə üzündən yola gedə bilmədiklərinə görə, Xədicə Polat boşanmaq qərarına gəlib. Arvadının boşanmasına dözə bilməyən kişi isə onu qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə həyətlərindəki ağaca çıxan kişi pəncərədən həyat yoldaşının qucağında uşaqla olduğunu görərək atəş açıb. O, hətta ana qucağında olan uşağınada məhəl qoymayıb. Daha sonra silahla birlikdə hadisə yerindən qaçıb. Hadisə barədə araşdırma aparılır, cinayətkar polis tərəfindən axtarılır.

OXŞAR XƏBƏRLƏR