Qazaxıstanın Almatı şəhərində 16 mərtəbəli mənzildən çıxan yanğın zamanı ana körpəsini xilas etmək üçün pəncərədən atıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində 16 mərtəbəli mənzildə baş verən yanğın zamanı qorxulu anları yaşanıb. Yanğında evdə olan ana körpəsini xilas etmək üçün onu pəncərədən aşağı salıb. Uzanmış çarşafla tutulan uşaq hadisədən xəsarət almadan xilas olub.
Mənzilin beşinci və altıncı mərtəbələri arasında lift şaxtasında alovların artması ilə başlayan yanğın qısa zamanda böyüyüb. Tüstü və alov mərtəbələr arasında yayıldığı üçün mənzildə olan 300-dən çox insan təxliyə edilib. Yanğın zamanı 16-sı uşaq olmaqla azı 31 nəfərin xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilib. Rəsmi açıqlamada itkilərin olmadığı deyilib.
Şəbnəm