Uşaq bağçada müəllimi tərəfindən döyüldü

Uşaq bağçada müəllimi tərəfindən döyüldü
DÜNYA
13:28 29.07.2022
521
Uşaq bağçaya gəldiyi ilk gün müəllimi tərəfindən döyülüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaelidə 4 yaşlı uşaq bağçaya gəldiyi ilk gün müəllimi tərəfindən yumruqlanıb. 

Belə ki, bağçaya gedən Kuzey ailəsinə müəllimin ona şillə vurduğunu deyib. Bundan sonra valideyn 4 yaşlı oğluna sillə vuran müəllimdən şikayət edib.
 
Müəllimin uşağı vurduğu anlar təhlükəsizlik kamerasına düşüb. 

Ailə polis bölməsinə gedərək müəllimdən şikayət edib. Vəziyyəti Gebze Sosial Xidmətlər Müdirliyinə də bildirən ailə məsələni təqib edəcəklərini bildirib.
 
Qeyd edək ki, uşaq bağçasının bağlanacağı gözlənilir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR