Uşaq bağçasında dəhşət: balacanın qulağını tikdilər - FOTO

DÜNYA
11:11 11.06.2015
5007
Çinin təhsil və məktəbəqədər tərbiyə sistemində yeni qalmaqal qopub.
Fuszyan vilayətindəki uşaq bağçalarından birində tərbiyəçi dəcəl oğlanı "cəzalandırmaq" üçün onun sağ qulağını steplerlə tikib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, baş vermiş biabırçı olayla bağlı araşdırma aparılıb. Qadın tərbiyəçi işdən qovulub və tutulub. O, istintaq davam edənədək 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılacaq.
Uşaq bağçasının rəhbərliyi də işdən kənarlaşdırılıb.
Polisdən verilən məlumata görə, 4 yaşlı oğlan çiməndə ağladığı üçün Syin Lan adlı tərbiyəçi onu "cəzalandırıb".
OXŞAR XƏBƏRLƏR