ABŞ-ın Nyu-York şəhərində uşaq bağçasında narkotik vasitə tapılıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ polisi məlumat yayıb.
Belə ki, polis Nyu-Yorkdakı uşaq bağçasında yataq döşəyinin altından bir kiloqram fentanil tapıldığını, bir uşağın öldüyünü, daha üç uşağın isə xəstəxanaya yerləşdirildiyini bildirib.
Narkotik sui-qəsd və adam öldürmə ittihamı ilə iki nəfərə qarşı cinayət işi açılıb.
Polisdən verilən açıqlamada, uşaq bağçasında axtarış zamanı uşaqların əvvəllər yatdıqları döşəyin altından bir funt fentanil aşkar edilib.
Axtarış qrupları tərəfindən kiloqramlarla narkotik maddənin qablaşdırılmasında istifadə edilən üç pres də aşkar edildiyi açıqlanıb.
Polis uşaq bağçasında tapılan narkotiklərin 500 min insanı öldürə biləcəyini bildirib.
Mikayıl