Bakı şəhərinin Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nərimanov küçəsi 205 ünvanında yerləşən “21-ci əsr” orta məktəbinin uşaq bağçasında, orada bağban işləyən 1962-ci il təvəllüdlü Salahov Həsənağa Cəlal oğlu yıxılıb. 50 yaşlı bağban bağçanın həyətindəki ağacı kəsərkən hündürlükdən yıxılıb.