AZXEBER.COM-un verdiyi məlumata görə, Ayşe Erdin və həyat yoldaşı bunda həkimlərin günahkar olduğunu bildirir.
Belə ki, doğuş zamanı körpənin başı qoparaq bədənindən ayrılıb. 34 yaşlı qadının 4-cü uşağı beləcə həyatını itirib. Uşağın atası bildirib ki, həkimlər doğuş zamanı körpənin başının qopduğunu deyiblər, sonra isə onun başını yenidən bədəninə tikərək morqa aparıblar. Ailə həkimlərdən şikayət edib.
36 yaşlı ata 5 il əvvəl digər övladının qolunun doğuş zamanı qopduğunu bildirib.