Uşaq evinə qayıdan Məhəmməd danışdı: Burada hər şey əladır - VİDEO

Uşaq evinə qayıdan Məhəmməd danışdı: Burada hər şey əladır - VİDEO
SOSİAL
00:22 14.04.2023
562
Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evindəki qalmaqala son qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində  çalışan zaman bu müəssisədən videolar paylaşan və oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub. Bu gün isə uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın işdən çıxarıldığı ilə bağlı xəbər yayılıb.

Məhbubə Hüseynova "Xəzər Xəbər"ə açıqlamasında öz ərizəsi ilə işdən ayrıldığını təsdiqləyib.

Gülcan Nağıyeva isə bidirib ki, sözügedən müəssisədə 2018-ci ildən çalışmağa başlayıb. 2022-ci ildə onu işdən çıxarsalar da, sonradan məhkəmənin qərarı ilə işinə bərpa olunmuşdu.

3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev isə deyib ki, indi müəssisədə hər şey qaydasındadır, uşaqlar üçün normal şərait yaradılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib. Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.  Gülnarə Şəmiyeva əvvələr 2 saylı uşaq evində tərbiyəçi - psixoloq kimi çalışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR