İt zingildəyərək uşağın ağzından çıxa bilib.
Jurnalistlərin “itin adamı dişləməsi yox, adamın iti dişləməsi xəbərdir”deyimi gerçək olub. Ancaq bu dəfə iti dişləyən böyük insan yox, uşaq olub.
AZXEBER.COM xəbər verir ki, ANS Press-in məlumatına görə, uşağın itlə şən başlayan oyunu göz yaşları ilə bitib.
Əvvəl hər şey itlə uşağın oyun oynaması ilə başlayıb. Lakin it birdən uşağın ayağından tutub. Heyvanın məqsədi dişləmək olmayıb. Amma uşaq oyun yoldaşının dişləməsindən sonra qışqıraraq ağlamağa başlayıb. Uşağın səsindən qorxan it onun ayağını buraxıb.
Amma bu, əsəbiləşən uşağın sakitləşməsinə kömək olmayıb. Əksinə, əsəbi balaca itin qulağından dişləyib. İt zingildəyərək uşağın ağzından çıxa bilib.
Hərəkəti ilə gülüşə səbəb olan uşağın görüntülərini atası çəkərək internetdə paylaşıb.