Uşaq oyuncağının dalınca qaçarkən maşının altında qaldı

Uşaq oyuncağının dalınca qaçarkən maşının altında qaldı
DÜNYA
12:49 19.08.2022
653
Meksikada oyuncağının dalınca qaçan uşaq maşının altına qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikada evinin qarşısında oynayarkən oyuncağının arxasınca qaçan 3 yaşlı uşaq geriyə doğru hərəkət edən avtomobilin altında qalıb. 

Qəza anının təhlükəsizlik kamerasına düşdüyü hadisədə oyuncağını almaq üçün qaçan balaca uşağın avtomobil tərəfindən əzildiyi, nəqliyyat vasitəsinin sürücüsünün isə vəziyyəti anladıqdan sonra dayandığı görülüb.

Xəstəxanaya köçürülən uşağın qolunun sındığı və ağciyərlərinin zədələndiyi müəyyən edilib. 
 
Ayşən
OXŞAR XƏBƏRLƏR