Uşaq Paralimpiya Komitəsi ötən il reallaşdırdığı təşəbbüsləri açıqladı

Uşaq Paralimpiya Komitəsi ötən il reallaşdırdığı təşəbbüsləri açıqladı
İQTİSADİYYAT
16:26 29.01.2021
555
Komitə Azercell-in dəstəyilə uşaqları sevindirən layihələr təqdim edib

AZXEBER.COM xəbər verir ki, 2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi (UPK) pandemiya şəraitində belə fəaliyyətini dayandırmayıb. 2020-ci ildə komitənin məşqçiləri virtual təlimlər təşkil edərək uşaqlarla onlayn qaydada məşğul olublar. Bu da balaca idmançıların aktivliyini saxlamağa, onlarda ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına kömək edib.

Məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə komitənin həm də regional bölmələri fəaliyyətə başlayıb. Belə ki, ötən il UPK-nin Lənkəran, Ağcabədi, Gəncə və Qusardakı şöbələri yaradılıb. Burada cüdo, pauerliftinq, dağ xizəyi və snoubord idman növləri üzrə seksiyalar fəaliyyətə başlayıb və ilkin seleksiya işləri aparılıb. Artıq bu bölgələr üzrə komitəyə üzv olan uşaqlarla məşqlərə də başlanılıb.

COVİD-19 virusunun yayılması ilə əlaqədar ölkəmizdə bütün kütləvi tədbirlər təxirə salındığından, ötən il uşaq paralimpiyaçılar arasında ənənəvi yekun yarışma baş tutmayıb. Lakin Uşaq Paralimpiya Oyunlarının təşkili üçün nəzərdə tutulan vəsait uşaqlar üçün yeni idman alətlərinin - boccia üzrə idmançılara yüksək keyfiyyətli topların alınmasına yönəldilib.

2020-ci ildə Uşaq Paralimpiya Komitəsinin fəaliyyətindəki yeniliklərdən biri də ilk dəfə olaraq uşaqlar üçün qış idman növlərinin - dağ xizəyi və snoubord əlavə olunmasıdır. Qeyd edək ki, indiyədək Uşaq Paralimpiya Komitəsi tərəfindən 8 idman növü üzrə məşqlər keçirilirdi. Bura cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri daxildir.

Komitənin işindəki yeniliklərdən biri də uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək məqsədilə valideynlərdən ibarət "Valideyn klubu”nun yaradılmasıdır.

2020-ci il ərzində sağlamlıq imkanları məhdud daha 40-a yaxın uşaq UPK-nin sıralarına qatılıb. Ümumiyyətlə, UPK-nin səyi ilə 7 ildən çox müddətdə fiziki məhdudiyyətli 160-dən artıq uşaq və yeniyetmənin 10 idman növü üzrə kütləvi idman tədbirlərində, yerli və beynəlxalq səviyyəli yarışlarda fəal iştirakına nail olunub.

Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir