“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı
SOSİAL
15:12 14.03.2022
414
Azercell-in dəstəklədiyi xidmət uşaqları bədbəxt hadisələrdən qorumaq üçün yeni imkanlar açır

AZXEBER.COM xəbər verir ki, "Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin əməkdaşlıq etdiyi dövlət qurumları sırasına Fövqəladə Hallar Nazirliyi (FHN) də əlavə olundu. Mart ayından başlayan yeni əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin "112” xidmətinə uşaq və yeniyetmələr tərəfindən daxil olan müraciətlər birbaşa olaraq "Uşaq Qaynar Xətti”nə yönləndiriləcək. Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə köməksiz halda olan insanlar, o cümlədən uşaq və yaşlılar da müraciət edirlər. Odur ki, yeni əməkdaşlıq ağır vəziyyətlə üzləşən azyaşlılara kömək etmək, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, psixoloji basqı və zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın göstərilməsi baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə günün istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur.

"Azərbaycan Uşaq Qaynar Xətt” xidməti hər il müxtəlif çətinliklərlə üzləşən minlərlə uşaq və yeniyetməyə təmənnasız yardım edir. Hüquqları pozulan uşaqları psixoloji və fiziki zədələrdən qorumaq məqsədi daşıyan bu mərkəz 11 ildən artıqdır ki, "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Azercell Telekom, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin işini davam etdirir. Bu müddətdə AUQX 53.000-dən çox müxtəlif xarakterli müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, bəzi hallarda isə onlar müvafiq qurumlara yönləndirilir. Zorakılığa məruz qalmış uşaqlar və onların ailə üzvlərinə mərkəzin peşəkar əməkdaşları tərəfindən təcili psixoloji yardım da göstərilir.

"Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçt ünvanına, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı