Uşaqdan sonra ailələrdə gərginlik niyə artır? - Açıqlama

Uşaqdan sonra ailələrdə gərginlik niyə artır? - Açıqlama
SOSİAL
22:48 15.08.2026
997
Uşağın dünyaya gəlməsi ailənin həyatında ən böyük dəyişikliklərdən biri hesab olunur. Bu dövrdə diqqət əsasən körpənin sağlamlığına və qayğısına yönəlsə də, valideynlərin psixoloji vəziyyəti də xüsusi əhəmiyyət daşıyır. Yuxu rejiminin dəyişməsi, məsuliyyətin artması, yorğunluq və gündəlik həyatdakı dəyişikliklər yeni ana və atanın emosional vəziyyətinə təsir göstərə bilər. Bəzən bu dəyişikliklər ailə daxilində münasibətlərə də təsirsiz ötüşmür.

Uşağın dünyaya gəlməsindən sonra ana və ataların psixoloji vəziyyətində hansı dəyişikliklər baş verir? 

Psixoloq Aytən Ələkbərova Demokrat.az-a açıqlamasında bir qadının ana olmasının, doğuş keçirməsinin onun emosional durumunda müxtəlif psixoloji problemlərin yaranmasına səbəb ola biləcəyini bildirib. 

Psixoloqun fikrincə, xüsusilə doğuşdan sonrakı 40 gün və hətta 6 ay müddətində qadının psixoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir:

"Ona görə də biz hamiləlik terapiyalarında qayınanalara, atalara müraciət edərək bildiririk ki, hamiləlik dövründə və doğuşdan sonrakı mərhələlərdə qadının psixoloji durumunu mütləq nəzərə alsınlar. Məhz buna görə 40 gün müddətində bəzi qadınlar ana evində qalırlar. Çünki bu dövrdə onlar müxtəlif stres, həyəcan və övladını itirmək qorxusu yaşaya bilərlər. Sosial şəbəkələrdə də ana ölümü ilə bağlı müxtəlif paylaşımlar görürük. Hamilələr müraciət edərkən onların daha çox bu kimi qorxular və yaranan psixoloji sindromlarla bağlı problemlər yaşadıqlarının şahidi oluruq. Bəzən hamiləliyin müəyyən dövründə, məsələn, 6-7-ci ayında amniosentez müayinəsinə göndərilirlər. Amniosentezin nəticəsi ilə bağlı narahatlıq isə uşaq doğulana qədər davam edə bilər. Ana həmin müddətdə müxtəlif streslər keçirir: "Görəsən, mənim övladım sağlam doğulacaqmı?”, "Onun hər hansı fiziki qüsuru olmayacaqmı?” kimi suallar onu daim narahat edə bilər”.

Aytən Ələkbərova bütün bunlar ananın emosional durumuna təsir etdiyi üçün onun keçirdiyi psixoloji sarsıntıların həyat yoldaşı və ailə üzvləri tərəfindən nəzərə alınmalı olduğunu bildirib:

"Təəssüf ki, bəzən uşaq doğulduqdan sonra belə, xırda hesab edilə biləcək səs-küyə görə qadının reaksiyası və vəziyyəti anlaşılmır. Məsələn, "Səhər mən işə gedəcəyəm, uşağın səsini kəs” kimi ifadələr işlədilir. Sanki qadının yaşadığı proses başa düşülmür və onun psixoloji vəziyyəti nəzərə alınmır. Bu isə ailədə söz-söhbətə və gərginliyə gətirib çıxara bilər. Ona görə də ailələr qurularkən və övlad dünyaya gələrkən həm ana, həm də ata psixoloji dəstək və terapiyadan keçməlidir. Atalar öncədən bu prosesi anlamalı və gələcək həyat yoldaşlarının sağlamlığı naminə, övladlarının analı-atalı böyüməsi naminə bir-birlərinə qarşı daha anlayışlı olmalıdırlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO