Uşaqlar arasında yayılan virusların qarşısının alınması üçün valideynlər nə etməlidir?

SAĞLAMLIQ
22:13 02.10.2021
1025
Hazırda uşaqlar arasında qızdırma, öskürək, halsızlıq kimi hallar artıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəsisi Erkin Rəhimov bildirib ki, dəqiq hansı virusun bilinməsi üçün gərək edipemioloji elmi tədqiqatlar aparılsın və uşaqlardan tez-tez analizlər götürülsün:

"Bu cür tədqiqatlar çox ölkələrdə aparılmır və səbəb də odur ki, respirator virusların əlamətləri oxşar olur. Ancaq kliniki əlamətlərə əsaslanaraq demək olar ki, hazırda uşaqlarda müşahidə olunan əlamətlər RSV (respirator sinsitial virusu) virusunun əlamətlərinə daha çox oxşardır".

E.Rəhimov bildirib ki, bu viruslardan qorunmaq üçün maska taxmaq, təmizliyə riayət etmək, insanların çox sıx olduğu yerlərdə olmamaq lazımdır:

"Eyni zamanda virusa qarşı müqaviməti artırmaq məqsədilə immunitetin güclü olması üçün yuxu rejiminə, qida rasionuna diqqət etmək, idmanla məşğul olmaq lazımdır".

OXŞAR XƏBƏRLƏR