Uşaqlar bu quyuya düşübmüş... - VİDEO

Uşaqlar bu quyuya düşübmüş... - VİDEO
SOSİAL
13:17 18.05.2023
723
Ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.

AZXEBER.COM xəbər verir ki, ərazidə olan sakinlər qafqazinfo-ya hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər:

"Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və axtarmağa çıxıblar. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadır. Daha sonra polislər və FHN-in əməkdaşları gəldi. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.

Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olub.
 


 

 

 


OXŞAR XƏBƏRLƏR